Haqqımızda

Arzularınıza səyahət etmək üçün əsl bələdçiniz – Exclusive Travel

“Exclusive Travel” Discover Department of Economy and Tourism in Dubai, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Agentlikləri Asossasiyası tərəfindən rəsmi olaraq tanınan və 5 ildən çox fəaliyyət göstərən səyahət agentliyidir. Azərbaycanda fəaliyyət göstərən “Exclusive Travel Baku” və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Exclusive Travel Dubai” həm fərdi səyahət edənlərə, həm də korporativ müştərilərə xidmət göstərməklə viza dəstəyindən tutmuş aviabiletlərin təşkili, hotellər, ölkədaxili transferlər və digər bütün səyahət prosedurlarını yerinə yetirir.

Agentliyin iki nümayəndəliyi bütün səyahət planlarının müəyyənləşdirilməsi yolunda fərdi müştərilərə (B2C) və partnyor şirkətlərə (B2B) xidmət göstərir. Şirkətimizin kiçik, orta və böyük bizneslər üçün göstərdiyi “B2B turizm xidməti” geniş komanda heyətinə malik şirkətlərin ölkədaxili və xaricdə rəsmi-işgüzar, eyni zamanda səyahət təminatının professional idarə olunmasını təmin edir.

Komanda üzvlərimizin təcrübəsi bizim xarici bazarlarda da təmsil olunmağımıza şərait yaratmışdır. Belə ki, 2020-ci ildən Birləşmiş Ərəb Əmirliklərində istifadəyə verilən “Exclusive Travel Dubai” filialımız Azərbaycan, Rusiya , Qazaxıstan, Özbəkistan, Türkiyə və digər ölkələrdən BƏƏ-yə səyahət edən müştərilərə xidmət göstərir.